Bakıda azyaşlı 7-ci mərtəbədən DÜŞDÜ

 22:29 02.05.2022     5354

Bakıda bədbəxt hadisə baş verib.

Redaktor.az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Xətai rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.

2020-ci il təvəllüdlü S.Osmanova 10 mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılıb. Azyaşlı hadisə yerində keçinib. İlkin ehtimala görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.

Faktla bağlı Xətai rayon prokrorluğunda araşdırma aparılır.