Salyanda avtomobil maneəyə çırpıldı - Ana və övladları xəsarət aldı

 23:22 02.05.2022     8833

Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobilinin maneəyə çırpılması nəticəsində 3 nəfər - ana, P.Kazımova və övladları L.Alxaslı və E.Alxaslı xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.