Bakıdakı dəhşətli hadisənin GÖRÜNTÜSÜ - YENİLƏNİB

 19:36 03.05.2022     63915

Bakıdakı dəhşətli hadisənin görüntüləri yayılıb.

Redaktor.az xəbər verir ki, g​​​​örüntülər yaşayış binasının təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Sürətlə yerə düşən qızı aşağıda duran kişi tutmaq istəsə də, nəticədə özü də ağır bədən xəsarətləri alıb.

Qız isə hadisə yerindəcə ölüb.

***

Bakının Xətai rayonunda qeydə alınan intihar hadisəsi ilə bağlı rayon prokurorluğu açıqlama yayıb.

Redaktor.az xəbər verir ki, Xətai rayonu, Qədir Məmmədov küçəsində 2005-ci il təvəllüdlü Xumar Babayevanın binadan ataraq intihar etməsi faktı ilə bağlı Xətai rayon Prokurorluğunda araşdırmalar başlayıb.

Qeyd edək ki, hadisə zamanı qız özünü binadan atan zaman aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üzərinə düşüb.

Nəticədə Z. Niyazov ağır xəsarətlər alsa da Xumar Babayevə yerindəcə keçinib.

 

Vumart və Güvən reklamı Vumart Güvən