Saxta qaziyə 30 sutka həbs verildi

 18:00 04.05.2022     524

Bakıda özünü qazi kimi təqdim edərək hərbi geyimdə dilənçilik edən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Redaktor.az xəbər verir ki, Nəsimi rayon Polis İdarəsi tərəfindən saxlanılan Ümid Məmmədov barəsində materiallar toplanaraq məhkəməyə göndərilib.

Nəsimi rayon Məhkəməsinin qərarı ilə Ümid Məmmədov inzibati qaydada 30 sutka həbs edilib.