Şəmkirdə yük maşınları toqquşdu - Ölənlər var

Şəmkir rayonunda 2 nəfərin ölümü, 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Redaktor.az xəbər verir ki, hadisə "Kazımov yolu" adlanan ərazisində qeydə alınıb.
Belə ki, iki yük maşınının toqquşması nəticəsində, 2 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb. Onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır (report).