İçib özünü dənizə atdı - Polis xilas etdi

 11:56 05.05.2022     257

Mayın 4-də saat 21 radələrində Səbail rayonu ərazisindəki Milli Parkda sərxoş vəziyyətdə özünü dənizə atan şəxs ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində xilas edilib.

Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumata görə, həmin şəxsin Quba rayon sakini Novruz Novruzov olub.

Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıblar. N.Novruzova xəstəxanada da tibbi yardım göstərilərək ambulator müalicə alması üçün evə buraxılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.