DİN və Penitensiar Xidmət birgə əməliyyat keçirib

 11:40 06.05.2022     453

Penitensiar Xidmətinin əməliyyat aparatı tərəfindən Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Redaktor.az-ın Penitensiar Xidmətə istinadən məlumatına görə, Oğuz rayonunun Bucaq kəndində yolun kənarında meşəlik ərazidə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd əl qumbarası və 78 ədəd 7.62 mm-lik avtomat güllələri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən