Ağdərədə azərbaycanlı sürücünün maşını ilə erməni taksisi toqquşdu - FOTO

Ağdərə ərazisində azərbaycanlı sürücünün idarə etdiyi yük avtomobili ilə sükanı arxasında bir erməninin olduğu taksi toqquşub.
Redaktor.az “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, hadisə nəticəsində taksi dərəyə yuvarlanıb. Bildirilir ki, qəza baş verən ərazidə yol dardır.
Qəza zamanı xəsarət alan olmayıb.


