Güclü külək xəstəxananın damını uçurdu

 10:38 07.05.2022     234

Dünən gecə saatlarından başlayan güclü külək Bakıda bir sıra fəsadlar törədib.

Redaktor.az xəbər verir ki, külək Yasamal rayonu, Tağı Şahbazı küçəsi 95 ünvanında yerləşən Uşaq Nevroloji Xəstəxanasının dam örtüyünü uçurub.

Xəstəxananın ətrafında olan avtomobillərdən biri dağıntılar altında qalıb.