Bakıda yanğın zamanı 1 nəfər zəhərləndi

 09:18 08.05.2022     72

Bakının Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzildə yanğın baş verib.

Redaktor.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, mətbəxində paltaryuyan maşın, qaz sobası və mebel 1 p.m yanıb. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 3 m² sahədə qarsalanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfər halsız vəziyyətdə yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.