Dostunun tüfənginə baxmaq istəyərkən YARALANDI

 13:44 09.05.2022     231

Göyçay Rayon Polis Şöbəsinə mayın 8-də şəhər sakini Habil Babayevin odlu silahdan açılmış atəşdən xəsarət alması nəticəsində xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Redaktor.az-a verilən məlumatda bildirilib.

Araşdırmalarla H.Babayevin dostu, Bakı şəhər sakini İntiqam Xıdırova məxsus müvafiq sənədləri olan “Winchester Phantom” markalı tüfəngə baxmaq istəyərkən ehtiyatsızlıqdan açılmış atəş nəticəsində xəsarət alması, həmçinin onların sərxoş olmaları müəyyən olunub.

Rəsmi məlumata görə, faktla bağlı araşdırma davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən