Qızını döyüb dirəyə bağladı, zirzəmidə ac saxladı

 19:45 10.05.2022     766

Mingəçevirdə ata 19 yaşlı qızını qanunsuz azadlıqdan məhrum edib.

Redaktor.az xəbər verir ki, 1978-ci il təvəllüdlü şəhər sakini 2003-cü il təvəllüdlü qızına fiziki zor tətbiq edib.

Belə ki, ata psixi xəstəlikdən əziyyət çəkən, kənar şəxslərin qulluğuna ehtiyacı olan qızını döyərək yaşadığı evin həyətində dəmir dirəyə bağlayıb, həmçinin, evin zirzəmisində saxlayıb aclığa məruz qoyaraq əzab verib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.6 (işgəncə verməklə əzab vermə) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə cinayət işi başlanıb.

Ata şübhəli şəxs qismində tutulub, istintaq tədbirləri davam edir.