Goranboy sakini bıçaqlandı

 09:09 11.05.2022     441

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Yeni binalar yaşayış masivvində qeydə alınıb.

1992-ci il təvəllüdlü Məhəmmədli Kənan Nəzər oğlu boyun nahiyəsinin kəsilmiş-deşilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin səbəbi məlum deyil. Fakla bağlı araşdırma aparılır (apa).