Sumqayıtda ağır qəza - 7 nəfər yaralandı

 10:40 11.05.2022     172

Sumqayıtda "Hyundai" markalı mikroavtobus aşıb.

Redaktor.az xəbər verir ki, hadisə Sumqayıt Texnologiyalar Parkının qarşısından keçən avtomobil yolunda qeydə alınıb.

Belə ki, şirkətə məxsus mikroavtobusun sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarına aşırıb. Qəza nəticəsində 7 nəfər xəsarət alıb. Onlara xəstəxanada tibbi yardım göstərildikdən sonra ambulator nəzarətə göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.