Ağdamda mina partladı - Ölən var - YENİLƏNİB

 17:21 12.05.2022     463

Mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, aparılmış araşdırmalarla kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah sursatın partlaması nəticəsində aldığı ağır dərəcəli bədən xəsarətlərindən ölməsi müəyyən edilib.

Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır(apa).

***

Ağdam sakini hərbi sursatın partlaması nəticəsində xəsarət alıb.

Redaktor.az xəbər verir ki, xəsarət alan şəxs Ağdamın Çəmənli kənd sakini, 1982-ci il təvəllüdlü Bəxtiyarov Rəşad Murtuza oğludur.

Çəmənli kənd ərazi nümayəndəsi Rabil Quliyev APA-ya açıqlamasında bildirib ki, R.Bəxtiyarovun əlində hərbi sursat partlayıb. Onun xəsarət alaraq xəstəxanaya yerləşdirildiyi bildirilir.