Azərbaycanda polis özünü GÜLLƏLƏDİ

 14:24 13.05.2022     823

Füzulidə xidməti silahla ehtiyatsız davranan polis özünü öldürüb.

DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a verilən məlumata görə, hadisə bu gün baş verib. Füzuli RPŞ-nin əməkdaşı İ.Qasımov yaşadığı Horadiz qəsəbəsindəki evdə ona təhkim olunmuş xidməti silahla ehtiyatsız davranması nəticəsində açılan atəşdən ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.