Polis polkovnik-leytenantı iş başında öldü

 19:17 14.05.2022     449

Bakıda polis polkovnik-leytenantı iş başında vəfat edib.

Redaktor.az xəbər verir ki, hadisə bu gün Xətai Rayon Polis İdarəsinin inzibati binasında baş verib.

İdarənin Cinayət Axtarış Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Səfərov xidməti otağında olarkən onun halı qəfil pisləşib.

Dərhal təcili tibbi yardım xidmətinə müraciət edilsə də, onun dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır (qafqazinfo).  

2
Vumart və Güvən reklamı Vumart Güvən