Bakıda şadlıq sarayında YANĞIN

 23:15 14.05.2022     117

Bakıda şadlıq sarayında yanğın olub.

Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 2400 m² (hər mərtəbəsi 600 m²) olan dördmərtəbəli şadlıq sarayının dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Şadlıq sarayının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.