Avtobus yeniyetməni vurdu

 23:31 14.05.2022     370

Qaradağ rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Müşviqabaq qəsəbəsində qeydə alınıb. Belə ki, 114 saylı sərnişin avtobusu yolu keçən 2008-ci il təvəllüdlü Nəsirova Mələkxanim Bəxtiyar qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Vumart və Güvən reklamı Vumart Güvən