Maşın yolu keçmək istəyən kişini öldürdü

 22:45 15.05.2022     378

Gəncədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Ford" markalı avtomobil yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Vəliyev İlyası vurub. Bədən xəsarəti alan piyada hadisə yerində ölüb. 
 
Faktla bağlı araşdırma aparılır. 

Vumart və Güvən reklamı Vumart Güvən