Bakıda yaşayış binası yandı - Ölən var - VİDEO - YENİLƏNİB

 23:47 17.05.2022     3735

Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında baş verən yanğın məhdudlaşdırılıb.

Redaktor.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

"Report"un hadisə yerində olan müxbirinin əldə etdiyi məlumata görə, yanğın nəticəsində bir nəfər ölüb.

***

Xəbər verdiyimiz kimi, Yasamal rayonu  Çingiz Mustafayev küçəsi 60 ünvanında yerləşən üçmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzildə yanğın olub. 

Redaktor.az  xəbər verir ki,  alov ikinci mənzilə keçib. Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, daxili xidmət general-mayoru Füzuli Əsədov APA-ya bildirib ki, bu ikinci dərəcəli yanğın çağırışıdır.

Üçmərtəbəli binada 2 mənzil yanıb, 5 nəfər təxliyə edilib.

Məlumata görə artıq yanğın məhdudlaşdırılıb. Hazırda binada soyutma işləri aparılır.

***

Nəsimi rayonunda yanğın başlayıb.

Redaktor.az xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Çingiz Mustafayev küçəsində yerləşən üçmərtəbəli yaşayış binasında yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub. 

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Vumart və Güvən reklamı Vumart Güvən