Bakıda xanım sürücü ağır xəsarət aldı

 09:11 18.05.2022     15758

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə “Sabunçu körpüsü”nün üzərində qeydə alınıb.

Taksi fəaliyyəti ilə məşğul olan avtomobil yüksək sürətlə hərəkət etdiyi üçün qarşıda hərəkət edən “KİA” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində “KİA” markalı avtomobilin sürücüsü, 26 yaşlı Bağırova Nuranə Məmmədağa qızı xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır (report).