Bakıda yük maşını tunelin içərisində qalıb, yollarda sıxlıq yaranıb
Paytaxtın Abdulvahab Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində tunelin içərisində yük avtomobilinin nasaz olması səbəbindən hərəkət istiqamətində sıxlıq yaranıb.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verib.













