Bu rayona dolu yağdı
Ağdamın kəndlərinə dolu yağıb.
Redaktor.az "trend"ə istinadla xəbər verir ki, rayonun Mirəşelli, Əhmədağalı, Çıraqlı kəndlərinə dolu düşüb.
Qısa müddət ərzində davam edən dolu daha sonra yağışla əvəz olunub.
Dolunun vurduğu ziyanın həcmi hələlik məlum deyil.













