Polis dünənki yanğında zəhərlənən şəxsi belə xilas etdi - VİDEO

 11:50 20.05.2022     395

Ötən gün paytaxtın Nəsimi rayonunda mənzillərdən birində baş verən yanğın zamanı tüstüdən zəhərlənən şəxsi polis əməkdaşı xilas edib.

Redaktor.az xəbər verir ki, axşam saatlarında baş verən yanğında bir nəfər vətəndaş tüstüdən zəhərlənərək evdə huşsuz halda qalıb.

Köməksiz olan vətəndaşı xilas etmək üçün Nəsimi Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı Elnur Əhmədov həyatını təhlükə altına ataraq onu xilas etmək üçün yanğın baş verən mənzilə daxil olub.

Polis əməkdaşının cəhdləri nəticəsində vətəndaşın həyatı xilas edilib və o, hadisə yerində olan təcili tibbi yardım həkimlərinə təhvil verilib.

2
Vumart və Güvən reklamı Vumart Güvən