Yük maşını yolu keçən piyadanı vurub öldürdü

 11:42 21.05.2022     348

Mayın 21-də saat 2 radələrində Xaçmaz rayonunun Çinartala kəndi ərazisində Bərdə rayon sakini P.Şərifov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə yolu keçən rayon sakini Şəmsəddin Muradovu vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, qəza nəticəsində piyada hadisə yerində ölüb.

Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən