Azərbaycanda alim intihar etdi - FOTO - YENİLƏNİB

 14:44 23.05.2022     738

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərlinin intihar etdiyi məlum olub.

Redaktor.az xəbər verir ki, o, ötən gün çoxlu miqdarda dərman qəbul edərək həyatına son qoyub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, qeyd edilən faktla bağlı Nəsimi Rayon prokurorluğunda araşdırma aparılır.

11:00

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun “Arxeoloji irsin tarixi və nəzəriyyəsi” şöbəsinin aparıcı elmi işçisi Emil Əlisahib oğlu İsgəndərli 41 yaşında vəfat edib.

İnstitutdan Redaktor.az-a verilən xəbərə görə, alim dünən axşam saatlarında vəfat edib.

Qeyd edək ki, Emil İsgəndərli Əhəmənilər dövrü arxeologiyasının tədqiqatçısı olub.