Salyanda kişi özünü asdı

 16:03 23.05.2022     546

Salyanda kişinin intihar faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bu barədə Redaktor.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayonun Marışlı kənd sakini 1994-cü il təvəllüdlü Abışov Vasif Vaqif oğlu özünü evin həyətindəki yarımtikilidə asıb.

İntihar hadisəsinin səbəbi hələlik məlum deyil.