Əcəmidən "Dərnəgül" istiqamətinə metro 1 saatdan çoxdur bağlıdır
Bakı metrosunun "Dərnəgül" stansiyasında qatarda texniki nasazlıqla bağlı hazırda hərəkətin tam tənzimlənməsi işi aparılır.
Redaktor.az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
İntervallar qısa müddətdə bərpa olunacaq.
Qeyd edək ki, bu gün18.00 - radələrində Bakı metrosunun "Dərnəgül" stansiyasında qatarda texniki nasazlıq yaranıb. Dərnəgül istiqamətində gedən sərnişinlər "Əcəmi" stansiyasında düşürüblər.
Digər marşrutlar üzrə qatarlar "Memar Əcəmi" və "Azadlıq prospekti" stansiyalarından dönmə edərək, sərnişindaşıma prosesini davam etdiriblər.













