Rəşad Almazov silahla tutuldu - FOTO

 12:09 29.05.2022     902

Suraxanı rayonunda quldurluq etdiyi üçün axtarışda olan şəxs saxlanılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Rəşad Almazov tutulub.

Şəxsi axtarış aparılan zaman R.Almazovdan bir ədəd “Makarov” markalı odlu silah, 3 ədəd patron və patron darağı aşkar edilib. Təyin edilən ekspertiza zamanı silahın atəşə yararlı olduğu məlum olub.

Faktla bağlı 32-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

2
Vumart və Güvən reklamı Vumart Güvən