Gədəbəydə satıcılar bir-birini qanına qəltan elədi

 16:18 29.05.2022     721

Gədəbəydə bazarda satıcılar arasında dava olub.

Redaktor.az xəbər verir ki, hadisə şəhər ərazisində fəaliyyət göstərən kənd təsərrüfatı məhsulları bazarında qeydə alınıb.

Dava zamanı rayon sakini, 1973-cü il təvəllüdlü Bayramov Mehman Qələndər oğlu döş qəfəsindən bıçaqlanıb.

M.Bayramov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Hadisənin təfərrüatı hələ məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən