Şəmkirdə yeniyetmə intihar etdi
Şəmkir rayonunda 15 yaşlı qız intihar edib.
Redaktor.az xəbər verir ki, rayon sakini, 2007-ci il təvəllüdlü L.Məmmədli yaşadığı evin həyətində özünü asıb.
Hadisənin səbəbləri hələ məlum deyil.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.













