Göygöldə avtomobil restoranın həyətinə aşdı
Göygöl rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Topalhəsənli kəndində qeydə alınıb.
Minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı restoranın həyətinə aşıb.
Nəticədə 3 nəfər xəsarət alıb. Onlar xəstəxanaya aparılıblar. Xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırmalara başlanılıb (report.az).













