Azərbaycanda polis özünü ehtiyatsızlıqdan GÜLLƏLƏDİ

 13:06 01.06.2022     5091

Azərbaycanda polis ehtiyatsızlıqdan özünü güllələyərək öldürüb.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Mühafizə İdarəsinin polis nəfəri İntiqam Çıraqov bu gün təlimə gedərkən xidməti silahla ehtiyatsız davrandığına görə açılan atəşdən xəsarət alıb.

"Polis əməkdaşı dərhal DİN-nin Hospitalına çatdırılıb, bütün tibbi müdaxilələrə baxmayaraq vəfat edib. Allah rəhmət eləsin", - məlumatda qeyd edilib.

Vumart və Güvən reklamı Vumart Güvən