Lənkəranda polislər 17 yaşlı gənci döyüb?

 17:15 01.06.2022     359

Lənkəranda polislər 17 yaşlı kollec tələbəsini döyüb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, tələbə mayın 31-i səhər saatlarında oxuduğu kollecin qarşısında iki polis əməkdaşı tərəfindən Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparılıb:

"Daha sonra 17 yaşlı gənc orada bir neçə polis nəfəri tərəfindən döyülüb".

Tələbə xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətinin açıqlama verəcəyi gözlənilir.

Vumart və Güvən reklamı Vumart Güvən