Yardımlı sakini Polis Şöbəsində işgəncələr nəticəsində ölüb? - AÇIQLAMA

 12:58 03.06.2022     394

"Bu gün polis əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Rövşən Əliyev rayon polis şöbəsinə gətirilib. Onun üzərindən satış məqsədilə külli miqarda narkotik vasitə aşkar olunub.

Narkotik aludəçisi R.Əliyev ilkin dindirmə zamanı qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Göstərilən səylərə baxmayaraq, o ölüb".

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilmiş, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.

Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, Yardımlı rayon sakini Rövşən Əliyev Rayon Polis Şöbəsində fiziki işgəncələr nəticəsində ölüb.

Vumart və Güvən reklamı Vumart Güvən