"Polis rəisi dedi ki, vəkil kimdir, tutun atın bayıra"

 13:52 03.06.2022     537

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Bəxtiyar Hacıyev polis şöbəsində zorakılğa məruz qalıb.

Redaktor.az xəbər verir ki, bu barədə  vəkilin özü məlumat verib.

O bildirib ki, hadisə Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində qeydə alınıb:

"Müvəkkilimlə polisin çağırışı üzrə şöbəyə getdim. Şöbə rəisinin göstərişi ilə zorakılığa məruz qaldım. Rəis “vəkil kimdir, səni çağırmamışam, tutun atın bayıra” dedi. Bundan sonra iki polis nəfəri məni zorla tutub şöbədən çıxartılar. Aidiyyəti qurumlara şifahi şikayətlər etmişəm, yazılı şikayətləri də hazırlayıram".

Daxili İşlər Nazirliyindən "Report"a bildirilib ki, məsələ ilə bağlı araşdırmalara başlanılıb.

Vumart və Güvən reklamı Vumart Güvən