Metroda cibgir tutuldu - FOTO

 11:09 04.06.2022     322

Metropolitendə Polis Şöbəsininin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində metronun “İnşaatçılar” stansiyasında cibgirlik yolu ilə iki və daha artıq şəxsdən oğurluq etməkdə şübhəli bilinən 47 yaşlı Rəhim Qasımov tutulub.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Araşdırmalarla onun daha çox ictimai nəqliyyatda fəaliyyət göstərdiyi məlum olub. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, polisə müracət etmələri tövsiyə olunur.

Polisə özünü istedadlı cibgir kimi təqdim edən R.Qasımov cibgirlik peşəsinin onun həyat tərzi olduğunu bildirib.

Araşdırmalar davam etdirilir.