Bakıda itkin qadın axtarılır - FOTO

 13:21 04.06.2022     681

Paytaxt sakini S.Nəbiyeva Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə müraciət edərək Binə qəsəbəsində yaşayan qohumu, 1971-ci il təvəllüdlü Nəbiyeva Məsumə Ağaməmməd qızının 04.05.2022-ci il tarixində evdən çıxıb, bir daha geri qayıtmadığı barədə məlumat verib.

Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyindən bildirilib.

Şəkildəki şəxsin yeri barədə məlumatı olanlardan Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə, 055-218-11-88, 050-717-07-67, 050-222-82-80 və (012) 456-03-02,  (012) 590-72-03 telefon nömrələri, həmçinin DİN-in “102” Xidməti Zəng Mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.