Ötən ay kanalda batan məktəblinin meyiti tapıldı

 15:26 04.06.2022     2447

Mayın 29-da Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2008-ci il təvəllüdlü Əliyev Ayxan Məhəmməd oğlunun axtarışları başa çatıb.

Bu barədə Redaktor.az- a FHN-dən məlumat verilib. Xəbərə görə, A.Əliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı yerdən təqribən 3 km aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Vumart və Güvən reklamı Vumart Güvən