Sabirabadda yol qəzası CAN ALDI

Sabirabadda yol qəzası nəticəsində bir nəfər ölüb.
Redaktor.az xəbər verir ki, hadisə Qalağayın kəndində qeydə alınıb. Belə ki, yol qəzası zamanı Saatlı rayonunun Bəylik kənd sakini, 1986-cı il təvəllüdlü Axundov Məcnun Zabitağa oğlu müxtəlif dərəcəli ağır xəsarətlər alıb.
Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır (report.az).