İŞİD-i təbliğ etdiyi üçün SAXLANILDI - FOTO

 22:21 04.06.2022     947

Sosial mediada İŞİD-ə dəstək nümayiş etdirəm azərbaycanlı saxlanılıb və haqqında araşdırma başladılıb.

Redaktor.az xəbər verir ki, Qusar rayonunun sakini Abdullah Mustafayev (ləqəbi Abdullah əl Qusari) İŞİD terror təşkilatına dəstək nümayiş etdirib. 

Onun Azərbaycandakı şiələrin başını kəsmək, həyat yoldaşlarını cariə etmək və mal-mülklərini zəbt etməklə bağlı çağırış etdiyi bildirilib. 

Məsələ ilə bağlı DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib ki, həmin şəxs polisin keçirdiyi tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Abdullah Mustafayev haqqında araşdırma başladılıb.