Atdan yıxılan məşhur şairin vəziyyəti ağırdır - VİDEO- YENİLƏNİB

 23:45 05.06.2022     885

Xəbər verdiyimiz kimi, nəğməkar-şair Cəlal Qurbanovun Novxanıda atdan yıxılaraq xəsarət almasının görüntüləri yayılıb.

Redaktor.az xəbər verir ki, hadisə itlərin Qurbanovun atına hücum etməsi nəticəsində baş verib. At hürkdüyündən şairi yerə çırpıb. 

C.Qurbanov hazırda paytaxt xəstəxanalarının birində reanimasiya şöbəsindədir, vəziyyəti ağır qiymətləndirilir.

***

Nəğməkar-şair Cəlal Qurbanov itlərin hücumuna məruz qalıb.

Redaktor.az xəbər verir ki, yaxınlarının dediyinə görə, hadisə səhər saatlarında Novxanı ərazisində baş verib.

C. Qurbanov övladları ilə birgə at çaparkən 20-dən çox itin hücumuna məruz qalıb.

Şair hazırda paytaxt xəstəxanalarının birində reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır.

Həmin an övladları bir qədər aralı ərazidə olduqlarından xəsarət almayıblar.