Bakıda qəza - Avtomobil yoxuşdan yuvarlandı

 15:47 05.06.2022     492

Bakıda qəza baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Yeni Yasamalda qeydə alınıb. Belə ki, "Toyota Prado" markalı avtomobil yoxuş aşağı yuvarlanıb.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü mağazaya düşüb, avtomobildə olan azyaşlı övladı isə bilməyərəkdən maşını hərəkətə gətirib. Nəticədə avtomobil aşıb və yararsız vəziyyətə düşüb.