Ər və arvad toyda bıçaqlandı

 09:37 06.06.2022     2261

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az "qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə “Min Bir Gecə” şadlıq sarayında qeydə alınıb.

Şəfayət adlı şəxs və onun həyat yoldaşı Rəna adlı qadın müxtəlif bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.