Tut yeyərkən öldü

Gəncə şəhər sakinini tut yığarkən elektrik cərəyanı vuraraq öldürüb.
Redaktor.az xəbər verir ki, 62 yaşlı Ş.Məmmədov yaşadığı fərdi evin həyətində tut ağacına çıxıb.
Ancaq ehtiyatsızlıqdan ağacın yaxınlığından keçən elektrik xəttinə toxunub.
Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.