Qazi icra hakimiyyətində QOLUNU DOĞRADI

 19:58 07.06.2022     3495

Bu gün saat 16-00 radələrində Bərdə rayon Qaradağlı kənd sakini, 1993-cü il təvəllüdlü Vətən müharibəsi iştirakçısı Ələkbərli Baycan Azər oğlu rayon İH-yə gələrək Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsində qəbul edilib.

Redaktor.az moderator.az-a istinadən xəbər verir ki, qəbul zamanı başçının qəbulunda olmaq üçün müraciət edib, şöbənin müdiri ilə başçının qəbulunda olarkən kreditlə götürdüyü “Xəzər” markalı minik avtomobilinin pulunu ödəyə bilmədiyi üçün bank tərəfindən avtomobilinin alındığını bildirərək, avtomobilinin geri alınması üçün nəğd olaraq ona 4 min manat pul verilməsini tələb edib.

Vətəndaşa bu məqsədlə rayon İcra Hakimiyyətinə vəsait ayrılmadığı izah olunmuş və vətəndaşa müvafiq iş yerləri təklif edilmiş, hüquqi yardım göstərilmişdir. Başçının qəbulundan çıxdıqdan sonra B..A.Ələkbərli diqqəti özünə çəkmək üçün binanın foyesində cibindən bıçaq çıxararaq tələb etdiyi pul verilmədiyi təqdirdə özünə xəsarət yetirəcəyini bildirib, qolunu bıçaqla cızaraq səs-küy salıb. 

Hadisə ilə əlaqədar rayon Polis şöbəsinə məlumat verilmiş və B.A.Ələkbərli rayon Polis şöbəsinə aparılaraq onunla profilaktiki söhbət edilmişdir.