Qadına qarşı əxlaqsız hərəkət edən şəxs döyüldü - VİDEO

 20:31 07.06.2022     642

Bakıda “Gənclik” metrostansiyası yaxınlığında qadına qarşı əxlaqsız hərəkətə yol verildiyi bildirilir.

Redaktor.az xəbər verir ki, qadın yol ilə gedərkən bir nəfər onun paltarını qaldırıb. O, ətrafdakı insanların sərt reaksiyası ilə üzləşib və döyülüb. Bundan sonra həmin şəxs qaçaraq ərazidən uzaqlaşıb.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, yayılan görüntülərdən məlumatlıdırlar:

“Məsələ ilə bağlı araşdırma aparılır”.