Dönərdən zəhərlənənlərin adları açıqlandı - SİYAHI

 10:17 09.06.2022     1300

Şəmkirdə kütləvi zəhərlənmə qeydə alınıb.

Redaktor.az xəbər verir ki, hadisə rayonun 5-ci küçəsində yerləşən “Mahmud” dönər satışı məntəqəsində qeydə alınlb.

Belə ki, 2-si uşaq olmaqla 10-a yaxın şəxs zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib, dərhal onlara yadım göstərilib.

Vəziyyətlərinin kafi olduğu bildirilir.

Zəhərlənən şəxslərin sözlərinə görə, onlar dönər yedikdən sonra özlərini pis hiss ediblər.

Hazırda fakt araşdırılır.

Dönərdən zəhərlənən şəxslər aşağıdakılardır:

2013-cü il təvəllüdlü Əlizadə Tamela Orxan qızı
2015-ci il təvəllüdlü Əlizadə Zəhra Orxan qızı
2011-ci il təvəllüdlü Əliyeva Nəzrin Natiq qızı

2018-ci il təvəllüdlü İlyasova Nərminə Vüsal qızı
2020-ci il təvəllüdlü İlyasova Nihan Vüsal qızı
1993-cü il təvəllüdlü Rzayev Cəfər Elman oğlu

1999-cu il təvəllüdlü Hüseynov Təbriz Elbəy oğlu
Qafarov Nurlan Mədət oğlu
Vəliyev Qəzənfər Baba oğlu.

Zəhərlənənlərdən bir neçəsinin vəziyyətinin kafi olduğu bildirilir (apa).