Yük avtomobili kuzovundakı saman presləri yanıb KÜLƏ DÖNDÜ

 20:53 09.06.2022     244

Yevlaxda yük avtomobili və kuzovunda saman presləri yanıb

Redaktor.az xəbər verir ki, Yevlax rayonu Ərəş kəndində yük avtomobili və kuzov hissəyə yığılmış saman presləri yanıb.

 Yevlax rayonu Ərəş kənd sakini 1963-cü il təvəllüdlü Cahangirov Qabil Cahangir oğluna məxsus 55-BN-479 dövlət nömrə nişanlı Zil-130 markalı yük avtomobili və kuzov hissəyə yığılmış 240 ədəd saman presi yanaraq istifadəyə yararsız hala düşüb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Yanğının baş verməsinə səbəb nəqliyyat vasitəsinin texniki nasazlıq olub.